"Azəravtoyol"un əməkdaşı faciəli şəkildə öldü

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Ağdamda faciəli şəkildə həlak olub.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Yüzbaşılı kəndində baş verib.

 

Yol tikintisində işləyən Goranboy rayonunun Zeyva kənd sakini, 1969-cu il təvəllüdlü Dadaş Cahiyyəddin oğlu Məmmədov “SHACMAN” markalı yük maşının altında qalıb. Nəticədə Dadaş Məmmədov hadisə yerində həyatını itirib. Hadisənin sürücünün ehtiyatsızlığı səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı  cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov