İstanbulda 10 avtomobil bir-birinə dəyib - YARALILAR VAR
İstanbulda ağır yol qəzası baş verib. APA TV-nin “Milliyet”ə istinadən verdiyi xəbərə görə, Esenyurt-Bahçeşehir yolunda 10 avtomobil toqquşub.
Zəncirvari qəza nəticəsində 12 nəfər xəsarət alıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.
Qəzanın səbəbləri barədə hələ ki məlumat verilmir.