HƏMAS İsrailə raket atıb, İsrail də Qəzzanı hədəf alıb
Qəzza zolağından İsrail ərazisinə raket atılıb. APA TV-nin məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata görə, insident nəticəsində dağıntı və zərərçəkənlər olmayıb.
Ötən gün isə İsrail hərbçiləri raket atəşinə cavab olaraq HƏMAS-ın Qəzza zolağındakı mövqelərini atəşə tutub. İsrail Hərbi-Hava Qüvvələri atılan raketə cavab olaraq HƏMAS hərəkatının Qəzza zolağının cənubunda yerləşən təlim düşərgəsinə zərbə endirib.
Rəsmi Tel-Əviv bölgədə vəziyyətin gərginləşməsinə görə məsuliyyəti HƏMAS hərəkatının üzərinə atıb. ABŞ-ın Qüds ilə bağlı məlum qərarından sonra HƏMAS İsrailə qarşı raket hücumlarını artırıb.