Piyadanı maşınla vuran sürücü hadisə yerindən qaçdı
Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosuna verilən məlumata görə, Axaxdərə kənd sakini 41 yaşlı piyada Həsən Qurbanov naməlum sürücünün idarə etdiyi maşınla vurulub. Sürücü hadisə yerindən qaçıb.
Hadisə şəhərin Azərbaycan prospektində baş verib. Qəza nəticəsində ağır bədən xəsarəti alan H. Qurbanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıb, ona ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi reanimasiya şöbəsində aparılır.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma başlanıb.