Almaniyada PKK tərəfdarları türk ailəsinə hücum etdi - REAL VİDEO

Almaniyada PKK tərəfdarları Türkiyə vətəndaşının idarə etdiyi avtomobilə hücum edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə Salzgitter-Lebenstedt şəhərində qeydə alınıb.


Türkiyəli maşınında ailəsi ilə olub. PKK bayraqları və dəyənəklərlə avtomobilə zərbələr endirən 600 nəfərlik qrup türkləri söyüşlərlə təhqir edib.

Avtomobilə ciddi zərər dəyib, maşındakı azyaşlılar ciddi psixoloji gərginlik yaşayıb və həkimə aparılıb.  Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv