Bakının mərkəzində yanğın: 3 AZYAŞLI VƏ 2 POLİS ZƏHƏRLƏNDİ

"Paytaxtda yanğın hadisəsi baş verib. Hadisə Şamil Əzizbəyov küçəsi 156 ünvanındakı mağazadan başlayıb, daha sonra isə mağazının üstündəki evdə tüstülənmə olub".

 

APA TV-nin məlumatına görə, hadisə yerinə Nəsimi Rayon Yanğından Mühafizə Xidmətinin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunub.

 

Yanğınsöndürənlərin və polis əməkdaşlarının müdaxiləsilə bina sakinləri təxliyə edilib, yanğının əhatəsinin genişlənməsi əngəllənib.

 

Hadisə nəticəsində bina sakinlərindən 2004-cü il təvəllüdlü Kərəm, 2006-cı ildə anadan olmuş Elcan, habelə 2009-cu il təvəllüdlü Selcan Səfərlilər tüstüdən zəhərlənib. Yaxın qohum olan zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

 

Bundan əlavə, sakinlərin təxliyəsində iştirak edən  iki polis əməkdaşında da zəhərlənmə faktı qeydə alınıb. Onlar isə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv