Gənclər Fondunun illik hesabat konfransı keçirilib

2 fevral - Gənclər Günü münasibətilə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun illik hesabat konfransı keçirilib.

 

I vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev qeyd edib ki, Gənclər Fondu 6 il ərzində ölkəmizin gənclər siyasətinin həyata keçirilməsində əsas məqsədlərə nail ola bilib:

 

"Gənclər Fondunun işinin effektivliyi birbaşa olaraq gənclərdən asılıdır. Layihələr nə qədər davamlı, keyfiyyətli olsa, Fond da bir o qədər gənclər siyasətinə öz töhfəsini verə biləcək. Gənclərimiz əmin olmalıdırlar ki, onlara xidmət edən dövlət qurumları hər zaman onların fikirlərini dinləyir və yeni təkliflərə açıqdır".

 

Hesabat konfransında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev dövlətin gənclər siyasəti barədə məlumat verib. O, gənclərin bütün sahələrdə fəal olduğunu qeyd edib.

 

Fondun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, indiyə kimi gənclər və gənclər təşkilatlarının təqdim etdiyi 3909 layihə fond tərəfindən dəstəklənib və uğurlu nəticələr əldə olunub:

 

"Bu il isə 568 layihə dəstəklənib. layihənin coğrafiyası bütün regionları əhatə edir .Ötən il uğurlarımızdan biri ucqar kəndlərdə həyata keçirilən layihələr olub. Sevindirici haldır ki, ucqar kəndlərdə çalışan insanlar tərəfindən də layihələr həyata keçirilib".

 

Tədbir panel müzakirələrlə davam etdirilib.

Müəllif | Apa.Tv
Apa.tv