İraq ordusu İŞİD-i Səudiyyə sərhədinə sıxışdırdı

İraq ordusu Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Anbar əyalətində İŞİD-ə qarşı əməliyyatlara başlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, beynəlxalq koalisiyanın aviasiya qüvvələrinin də dəstək verdiyi əməliyyatlar terrorçuların bölgədəki sığınacaqlarının darmadağın edilməsinə yönəlib.

 

Xatırladaq ki, 2014-cü ildə İŞİD-in işğal etdiyi İraq ərazilərindən çıxarılmasından sonra terrorçular bu mövqelərə çəkilib.

 

Qeyd edək ki, ötən il dekabrın 10-da İraqın baş naziri Haydar əl-İbadi İŞİD üzərində mütləq qələbənin təmin olunduğunu elan etmişdi. 

Müəllif | Apa.Tv
Apa.tv