İdman çantasından 5 kq marixuana çıxardılar - BAKIDA
Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşları şübhəli şəxsi saxlayıb.
20-ci sahə adlanan ərazidə Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Abduləli Həbibov şübhəli şəxs qismində bölməyə gətirilib.
Onun idman çantasından 5 kiloqramdan çox marixuana aşkarlanıb.
Müəyyən edilib ki, o, yabanı halda bitən narkotik tərkibli bitkiləri Qax rayonu ərazisindən yığıb. Daha sonra qurudaraq şəxsi istifadəsi üçün Bakıya gətirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.