Moskva aeroportlarında 200-dək reys dayandı - ÇOVĞUNA GÖRƏ
Güclü qar səbəbindən Moskva aeroportlarında 200-dək aviareys təxirə salınıb.
APA TV-nin "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 22:00-a olan məlumata əsasən, "Vnukovo" aeroportunda 22 aviareys təxirə salınıb, 1 aviareys ləğv edilib, "Domodedovo" aeroportunda 51 aviareys təxirə salınıb, 16 aviareys ləğv edilib, "Şeremetyevo" aeroportunda isə 147 aviareys təxirə salınıb.
Qeyd edək ki, Moskvada iki gün ərzində düşən yağıntının miqdarı aylıq normanın 100 faizini təşkil edib. Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi Moskvada və digər vilayətlərdə güclü külək, sulu qar və buzlaşma ilə bağlı xəbərdarlıq edib.