Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi

Prezident İlham Əliyev növbədənkənar Prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb.

 

APA TV-nin məlumatına görə, sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov