İrandan Türkiyəyə sərt xəbərdarlıq: Suriyadakı əməliyyatlar dayandırılmalıdır!

"Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatları dayandırmalıdır".
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bu gün keçirdiyi ənənəvi mətbuat konfransında deyib.
 
B. Qasimi bildirib ki, bu prosesin davam etdirilməsi terrorçuların və qeyri-sabitliyin bölgəyə qayıtmasına yardım edir: "Türkiyə dövləti bu məsələyə yenidən baxmalıdır və Suriya ilə bağlı məsələləri Astana prosesi müzakirələrində gündəmə gətirməlidir".


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov