Ağstafada 6 ədəd partlamamış sursat aşkarlandı - ANAMA-DAN AÇIQLAMA

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafada bir neçə ədəd partlamamış təhlükəli hərbi sursatları zərərsizləşdirib.

APA TV-nin qətb bürosunun məlumatına görə, agentliyə Ağstafanın Həsənsu kəndindən keçən çayın sahilində 6 ədəd partlamamış hərbi susratın olması barədə məlumat daxil olub. Qurumun Operativ Əməliyyat Qrupu dərhal əraziyə baxış keçirib:

"Müəyyən olunmuş yerdən 1 ədəd PQ-7 mərmisi, 2 ədəd fitili çəkilmiş F1 əl qumbarası, 2 ədəd qumbara zapalı, 1 ədəd 60 mm-lik minaatan mərmisi aşkar edilib", - deyə əməliyyat meneceri Mədət Məmmədov bildirib.

Qeyd edək ki, sursatların daşınması təhlükəli olduğundan yerindəcə partladılıb.

Müəllif | Apa.Tv
Apa.tv