Beyləqan sakinindən narkotik götürüldü: "Bakıdan almışdım"
Üzərində narkotik vasitə daşıyan 50 yaşlı Beyləqan sakini saxlanılıb. APA TV-nin Qarabağ bürosunun Beyləqan Rayon Polis Şöbəsindən əldə etdiyi məlumata görə, rayon sakini Qarayev İlham Atakişi oğlu saxlanılan zaman üzərindən 3 kibrit qutusunda marixuana aşkar edilib.
Hüquq mühafizəçiləri İ.Qarayevin narkotik vasitələrin alğı-satqısı ilə məşğul olub-olmadığını araşdırır. İlkin ifadəsində saxlanılan şəxs həmin narkotik maddəni Bakı şəhərində aldığını bildirib:
"Beyləqan rayonunun Binnətli kəndində tutuldum. Bakı şəhərində, "20 Yanvar" metrosunun qabağında almışdım. Çox peşmanam. Bu yaşda uşaqlarımın üzünə necə baxacam".
Faktla bağla cinayət işi başlanılaraq araşdırma aparılır.