Moskvada çoxmərtəbəli yaşayış binasında dəhşətli yanğın: ÖLƏNLƏR VAR

Moskvada çoxmərtəbəli binada yanğın baş verib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Novokosinskaya küçəsində qeydə alınıb.

 

İlkin məlumata əsasən, hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Yaralıların vəziyyətləri barədə məlumat verilmir.

 

Hadisənin səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli