Beynəlxalq axtarışda olan azərbaycanlı İraqda öldürüldü

Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən azərbaycanlının İraqda öldürüldüyü məlum olub.

 

Bu barədə APA-ya İnterpol xətti ilə axtarışa verilən Anar Muradlının həyat yoldaşı məlumat verib.

 

A.Muradlı Rusiyada yaşayıb. Bir neçə il əvvəl Suriyadakı döyüşlərə qatılıb.

 

İŞİD-in tərkibində vuruşan A.Muradlı bir müddət Rəqqa, daha sonra Mosulda döyüşüb. O, İraq hökumət qüvvələrinin Mosula endirdiyi hava zərbələri nəticəsində öldürülüb.

 

A.Muradlı ailəsi ilə birlikdə Suriyaya gedibmiş.
 

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları 1991-ci ildə Zaqatalada anadan olmuş Muradlı Anar İlham oğlunu İnterpol xətti ilə axtarışa verib. O, qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd