PYD terrorçusu azyaşlını belə güllələdi - REAL VİDEO
Türkiyənin Suriyanın şimalında start verdiyi "Zeytun budağı" əməliyyatı davam edərkən, PYD/YPG terrorçularının qəddarlığını əks etdirən görüntülər ortaya çıxıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, terror təşkilatının nəzarətində olan ərazidə bir PYD/YPG terrorçusu evindən çıxan azyaşlını güllələyir.
Pulemyotun, demək olar, bütün güllələrini boşaldan terrorçu daha sonra hansısa sözləri deyir və heç nə olmamış kimi gülür.
Xatırladaq ki, Afrin əməliyyatı zamanı əsir götürülən terrorçulardan bir çoxu Türkiyə ordusuna qarşı döyüşməyəcəkləri halda ailə üzvlərinin öldürüləcəyi ilə hədələndiklərini deyib.