Zukerberq, Bezos, Geyts: zənginlər bir gecədə 114 milyard dollar itirdi - SƏBƏB

ABŞ fond birjalarında əsas indekslərin ucuzlaşması ilə dünyanın 500 ən zəngin insanı bir gün ərzində ümumilikdə 114 milyard dollar itirib.

 

APA TV-nin "Bloomberg"ə istinadən məlumatına görə, "Berkshire Hathaway" investisiya şirkətinin rəhbəri zərər edənlər arasında 5,1 milyard dollarla ön pillədədir.

 

"Facebook"un təsisçisi Mark Zukerberq 3,6 milyard dollar itirərək ikinci, "Amazon" şirkətinin qurucusu Cef Bezos 3,3 milyard dollarla üçüncü, "Google"un yaradıcıları Larri Peyc və Sergey Brin 2,3 milyard dollarla dördüncü, "Microsoft"un qurucusu Bil Geyts isə 2,25 milyard dollarla beşinci yerdə qərarlaşıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov