Rusiya Müdafiə Nazirliyi Türkiyədən kömək istədi

Rusiyanın Müdafiə Nazirliyi fevralın 3-də İdlibdə patrul uçuşu zamanı vurulan SU-25 təyyarəsinin qalıqlarının qaytarılması ilə bağlı Türkiyədən kömək istəyib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu addım hadisənin başvermə səbəblərinin araşdırılması və onun vurulmasında hansı zenit-raket kompleksindən istifadə olunmasının müəyyən edilməsi ilə bağlıdır.

 

Qeyd edək ki, hadisədən dərhal sonra terrorçuların İdlibdəki mövqelərinə endirilən zərbələr zamanı 30 silahlı öldürülüb.

Xatırladaq ki, Astanada Rusiya və İranla əldə olunan razılaşmaya görə, Suriyanın İdlib bölgəsində təhlükəsizliyə nəzarət Türkiyəyə həvalə edilib.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov