Qaxda mağazalardan oğurluq edən iki qardaş tutuldu

Qax rayonu ərazisində mağazalardan oğurluq edən iki qardaş tutulub.

 

APA TV-nin xəbərinə görə, Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Baydarlı, Şotavar və Tasmalı kəndlərində, eləcə də Qax şəhəri ərazisində bir neçə dükandan oğurluq edən Zaqatala rayonunun Bəhmətli kənd sakinləri Elsevər və Eldəniz Muradov qardaşları saxlanılıb.

 

Əvvəllər də məhkum olunmuş qardaşlar mağazalardan pul, tütün məmulatları və kontur oğurlayıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam edir.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov