Əvvəlcə mübahisə etdilər, sonra bir-birini bıçaqladılar - LƏNKƏRANDA
Lənkəranda bir-birinin sözlərini həzm edə bilməyən gənclər bıçağa əl atıb. Hadisə şəhərin Böyük bazar adlanan ərazisində qeydə alınıb.
APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, Nizami küçəsində baş verən bıçaqlanmaya səbəb gənclər arasında işlənmiş nalayiq sözlər olub. Məlumata görə, 30 yaşlı Ümid Əzimzadə və 33 yaşlı Sehran Baxşıyev əvvəlcə mübahisə edib. Bu mübahisə sonradan söyüşlərin də səsləndirildiyi əlbəyaxa davaya çevrilib və nəticədə bir-birinə bıçaqla zərbə endiriblər.
Hər iki yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal cərrahi əməliyyat olunub. Vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.