Tovuzda dəhşət: azyaşlı "KamAZ"ın altında can verdi
Tovuzda yük avtomobili azyaşlını vurub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əyyublu kəndində baş verib.
Kənd sakini, 2011-ci il təvəllüdlü Əsgərov Elvin Elnur oğlu yoldan keçən zaman kənd sakini, 1992-ci il təvəllüdlü Abbasov İbrahim Nazim oğlunun idarə etdiyi mişar daşı ilə yüklü “KamAZ” markalı yük avtomobili onu vurub. Nəticədə ağır xəsarətlər alan 7 yaşlı uşaq hadisə yerində dünyasını dəyişib. Məlumata görə, uşaq qəfildən avtomobil yoluna daxil olub.