Tayvanda güclü zəlzələ: hotel çökdü, itkilər artır

Tayvanın şərqində, Hualyan şəhərində 6,1 bal gücündə zəlzələ baş verib. APA TV-nin məlumatına görə, yeraltı təkanlar 5 km dərinlikdə qeydə alınıb.

Silsilə şəklində olan zəlzələlər nəticəsində 2 nəfər ölüb, 200-dən çox insan xəsarət alıb. Onların arasında əcnəbilərin olub-olmadığı hələlik məlum deyil. Yeraltı təkanlar şəhərdə ciddi dağıntılara səbəb olub, "Marshal" otelinin binası da daxil olmaqla azı 5 bina qismən və ya tamamilə uçub. Damı uçmuş oteldən artıq 116 nəfərin təxliyyə edildiyi bildirilir.

Nəqliyyatın hərəkətində, enerji təchizatında problemlər yaranıb, 702 ev işıqsız qalıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv