Ruhani: "Türkiyə ordusu Suriyaya icazəsiz girib"
"Ankara ilə münasibətlərimiz indi çox yaxşıdır". APA TV-nin məlumatına görə, bu sözləri Tehranda yerli və xarici jurnalistlərə İran prezidenti deyib.
Yaxın Şərqdə davam edən gərgin vəziyyətə toxunan Həsən Ruhani xüsusilə Suriyanın şimalında Türkiyənin keçirdiyi "Zeytun budağı" əməliyyatını diqqətdə saxladıqlarını bildirib.
"Bir ordunun digər ölkənin ərazisinə girməsi həmin ölkə xalqının və hökumətinin icazəsi ilə olmalıdır. Biz bunu yaxşı qiymətləndirmirik. Ümid edirik ki, əməliyyatlar tez bir zamanda başa çatacaq və insan tələfatının sayı artmayacaq. Biz başqa ölkənin ərazinə icazəsiz girişi heç cür qəbul etmirik".