"Mask möcüzəsi" gerçəkləşdi: ABŞ-da fəzaya yeni kosmik qurğu göndərildi
SPACEX şirkəti yeni "Falcon Heavy" raketini fəzaya buraxıb.
APA TV-nin ABŞ mətbuatına istinadən məlumatına görə, dünyanın ən güclü raketi adlanan kosmik qurğunun ideya müəllifi İlon Maskdır.
Raketin buraxılışı Floridadakı Kennedi Kosmik Mərkəzindən icra olunub və Bakı vaxtilə 21:00-da gerçəkləşib. Sözü gedən kosmik gəminin ümumilikdə 64 ton yükdaşıma qabiliyyəti var.
Şirkətdən verilən məlumata görə, "Falcon" 1 milyard il müddətinə açıq kosmosda qalma özəlliyinə malikdir.