Londonda türk cütlüyə hücum edən PKK tərəfdarları döyüldü - HADİSƏ ANI
İngiltərədə PKK tərəfdarları türk cütlüyə hücum edib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə çox sayda PKK tərəfdarının Londonda keçirdiyi aksiya zamanı qeydə alınıb.
Baş verənlərə ingilis polisi sərt müdaxilə edib və PKK tərəfdarları küçənin ortasında cəzalandırılıb.
Xatırladaq ki, bir neçə gün öncə analoji hadisə Almaniyada yaşanmışdı. İçərisində türkiyəli ailənin olduğu avtomobil PKK bayraqları ilə əzik-əzik edilmişdi. Hadisəyə alman polisi reaksiya verməmişdi.