Almaniyada iki siyasi qüvvə gücünü birləşdirdi - KOALİSİYA
Almaniyanın iki aparıcı siyasi qüvvəsi - Xristian Birlik və Sosial Demokrat partiyaları koalisiya hökumətinin qurulması ilə bağlı razılığa gəlib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, partiyaların konsensus əldə etməsindən sonra Sosial Demokrat Partiyasının baş katibi Martin Şultsun yeni kabinetdə xarici işlər naziri postuna gətiriləcəyi bildirilib.
Bundan başqa sözü gedən partiya təmsilçiləri Maliyyə və Əmək Nazirliklərinin qovluğu tapşırılacaq. Maliyyə naziri postuna Ziqmar Qabrielin təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Angela Merkelin Xristian Birlik Partiyası isə İqtisadiyyat və Müdafiə Nazirliklərinə nəzarət edəcək.