2-ci sinif şagirdi traktorun altında qalaraq öldü - ZAQATALADA DƏHŞƏT

Zaqatalada məktəbdən çıxıb evə gedən şagird traktorun qoşqusunun altında qalaraq ölüb.

 

APA TV-nin məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.

 

Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin 2-ci sinif şagirdi, qəsəbə sakini 2010-cu il təvəllüdlü Əli Tural oğlu Cavadov sinif yoldaşları ilə birlikdə məktəbdən çıxıb yolda oynaya-oynaya evə gedərkən qəfildən yolla hərəkətdə olan, qəsəbə sakini 1964-cü il təvəllüdlü İdris Əli oğlu Ağaməmmədovun idarə etdiyi qoşqulu MTZ markalı traktora tərəf qaçıb. Bu zaman 8 yaşlı Əli Cavadov traktorun qoşqusunun arxa təkərinin altına düşüb. Traktorun qoşqusu Əlinin başının üstündən keçib. Nəticədə başından ağır  xəsarət alan azyaşlı hadisə yerində ölüb.

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov