Bağlı yola girib piyadanı vurdu, sonra da asfaltbasana çırpıldı - AĞDAMDA QƏZA

Ağdamda baş verən yol-nəqliyyat hadisəsində 3 nəfər yaralanıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun İmamqulubəyli kəndində 42 yaşlı Valeh Həsənov idarə etdiyi “VAZ-2106” markalı, 10 LJ 075 dövlət nömrə nişanlı maşınla təmir gedən bağlı yola girib və piyada Bəhrəm Hüseynovu vurub: "Ambulans gördü ki, yol bağlıdır, keçdi digər yola. O da ambulansın sağ tərəfindən keçdi, piyadanı vurdu. Sürətlə gəlirdi, 90 metrə tormozun izi var. Adam çox idi, hamı qaçdı, amma bir nəfər qaça bilmədi, maşınla vurub çırpdı asfalta".

 

Bundan sonra avtomobil asfaltbasana çırpılıb. Nəticədə piyada, sürücü və sərnişin, 50 yaşlı Məhiyyəddin Əliyev müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanaya yerləşdirilən 24 yaşlı Bəhrəm Hüseynovun vəziyyəti ağırdır, digər 2 nəfərin vəziyyəti stabildir.

 

Faktla bağlı araşdırmalara başlanıb.

 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli