Cəbhədə düşmən hərbçisi məhv edilib
İşğal altında olan Azərbaycan ərazilərində düşmən əsgəri məhv edilib.
APA TV-nin erməni mətbuatına istinadən məlumatınaa görə, hadisə fevralın 7-də cəbhənin cənub istiqamətində qeydə alınıb.
Qarşı tərəfdə döyüş postlarından birində atəşkəs rejimini pozan 1998-ci il təvəllüdlü Ayk Kalantaryan Azərbaycan Ordusunun cavab atəşi ilə öldürülüb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun istənilən təxribatına dərhal sərt cavab veriləcəyini dəfələrlə bəyan edib.