Atasının yasına gedən qadın və 5 yaşlı qızı qəzada öldü - FACİƏ

Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunda baş verən qəzada ana və azyaşlı qızı ölüb, daha bir nəfər isə xəsarət alıb. APA TV-nin məlumatına görə, ana və azyaşlı qızının ölümü ilə nəticələnən ağır yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 80-cı kilimetrliyində, Qax rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı sakini, 54 yaşlı Azər Davudov idarə etdiyi “Nissan Xtrail” markalı avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarındakı qoz ağacına çırpıb. Qəza nəticəsində avtomobilin sürücüsü Azər Davudov xəsarət almasa da, avtomobildə olan sərnişinlərdən Azər Davudovun həyat yoldaşı 47 yaşlı Gülcöhrə Davudova aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəsrəxanasına yerləşdirilib. Avtomobildə olan digər sərnişinlər, Zaqatala şəhərində doğulan, hazırda Bakı şəhərində yaşayan 44 yaşlı Nərgiz İbrahimova və onun 5 yaşlı övladı Firuzə İbrahimova Qax Mərkəzi Rayon Xəstəxanasına aparılarkən aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən yolda keçiniblər.

 

APA TV-nin əldə etdiyi məlumata görə, qəza nəticəsində ölən Nərgiz İbrahimova Zaqatala rayonunun Qımır kəndində dünyasını dəyişən atası Rafiq Xamməmmədovun dəfn mərasimində iştirak etmək üçün rayona gəlirmiş. Fakla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov