Bakıda yağış, bölgələrdə qar yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam yağış yağacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında fevralın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd