YAP prezidentliyə namizədinin adını açıqladı

Yeni Azərbaycan Partiyası (YAP) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin namizədliyini irəli sürüb.

 

APA TV-nin məlumatına görə, bu barədə YAP-ın bu gün keçirilən VI qurultayında qərar qəbul edilib.

 

Qərar yekdilliklə qəbul olunub. YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qurultayın qərarını təqdim edib. 

 

YAP sədri, dövlət başçısı İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib.

 

YAP-ın VI qurultayı dövlət himninin səslənməsi ilə başa çatıb.

 

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-nə təyin olunub.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı