Bakıda özünü 5-ci mərtəbədən atan 78 yaşlı QADIN SAĞ QALDI
Bakıda 78 yaşlı qadın intihara cəhd edib. O, özünü yaşayış binasının beşinci mərtəbəsinin eyvanından atsa da, təsadüf nəticəsində sağ qalıb. APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakının Suraxanı rayonunda 1 nəfərin yaşayış binasının eyvanından yıxıldığı və və köməyə ehtiyacı olduğu barədə zəng daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 78 yaşlı Ağayeva Mənsurə Mirzağa qızı beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq 4-cü mərtəbədə yerləşən eyvanın damına düşüb. Müxtəlif bədən xəsarətləri alan qadını yaxınları götürə bilmədikləri üçün “112” qaynar telefon xəttinə müraciət ediblər.
Xilasedicilərin verdikləri məlumata görə, qadın yıxılmayıb, intihara cəhd edib.
İntihara cəhd faktı ilə bağlı araşdırma aparılır.