İmişlidə baş verən qəzada 2 nəfər xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sabirabad sakini, 1958-ci il təvəllüdlü Qəhrəmanov Lələxan Abuzər oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin, 1961-ci il təvəllüdlü Qəhrəmanova Həmişəgül Bəhlul qızı müxtəlif dərəcəli xəsarətlər alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.