Dönərçinin başında butulka sındırdılar - GƏDƏBƏYDƏ

Gədəbəy rayonunda döyülmə faktı qeydə alınıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzində olub.

Avtovağzal yaxınlığında dönərxanada işləyən 1989-cu il təvəllüdlü İbrahim Abdullayev döyülmə xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

İ.Abdullayevin dediyinə görə, hadisə özünün iş yerinin yaxınlığında dalaşan 2 nəfəri ayırmaq istəməsi zamanı baş verib. Dava zamanı həmin şəxslərdən biri şüşə su qabı ilə onun başına zərbələr vurub.

Fakt Gədəbəy RPŞ-də araşdırılır. Polis İbrahimin özünün də bu davada iştirakını istisna etmir.

Müəllif | Apa.Tv
Apa.tv