"BMW"nin vurduğu 26 YAŞLI OĞLAN ÖLDÜ
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Hövsan qəsəbəsində 23 yaşlı Abdullayev Bəhram Malik oğlunun idarə etdiyi "BMW" markalı avtomobillə 26 yaşlı Əliyev Rafət Vəkil oğlu vurulub. Piyada hadisə yerində dünyasını dəyişib.
Piyadanı vurduqdan sonra sürücü idarəetməni itirib və avtomobil VAZ-2107 markalı maşına çırpılıb.
Suraxanı Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisəni törədən Bəhram Abdullayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.