İŞİD-in 2 ingilis başkəsəni ələ keçdi
Suriyada İŞİD-in ingilis əsilli iki terrorçusu - Alexanda Kotey və Əl-Şafi əl-Şeyx ələ keçirilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, terror qruplaşmasının qollarından "Beatles" qrupunun son iki üzvü olan adı çəkilən şəxslərin tutulmasının təfərrüatları açıqlanmır.
Xatırladaq ki, "Beatles" terrorçularının lideri, "Cihadçı Con" ləqəbli Muhammed Emvazi 2015-ci ilin noyabrındakı əməliyyat zamanı məhv edilib, daha bir üzvü isə bir qədər sonra Türkiyədə tutulub.