Şirvanda oğurluq edən şəxslər saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, fevralın 8-də Şirvan şəhər sakini Rahil İsrafilov ŞPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus kafedən oğurluq edilməsi barədə məlumat verib.
Məlumatla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçirib. Araşdırmalarla kafedən ümumi dəyəri 1200 manat olan texniki avadanlıq və ərzaq məhsullarının oğurlandığı müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri Emin Kərimov və Famil Bağırov saxlanılıb. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf edib. Oğurladıqları əşyaların bir qismi maddi sübüt kimi götürülüb.