Su təminatı müəssisəsindən avadanlıq oğurlandı - ŞİRVANDA

Şirvan şəhərində müəssisənin saxlanc yerindən oğurluq edilib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, oğurluq faktı fevralın 8-də qeydə alınıb.

Bakı şəhər sakini Akif İsgəndərov Şirvan ŞPŞ-yə ərizə ilə müarciət edərək bildirib ki, naməlum şəxslər şəhərin fasiləsiz su ilə təminatı məqsədi ilə müvafiq işlər aparan istehsalat müəssisəsinə məxsus binanın saxlanc yerinə qanunsuz daxil olaraq oradan oğurluq edib.

Aparılan araşdırmalar nəticəsində zirzəmidən ümumi dəyəri 900 manat olan bir ədəd böyük və digər texniki avadanlığın, eləcə də 20 metr uzunluğunda naqilin oğurlandığı məlum olub. ŞPŞ-nin əməkdaşları tərəfindən isti izlərlə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəhər sakini Qurbanxan Günəşov saxlanılıb.

Törətdiyi cinayəti etiraf edən Q.Günəşovdan oğurladığı ləvazimatların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv