Lənkəran sakininin avtomobili qarət edildi

Lənkəranda rayon sakininə məxsus avtomobildən oğurluq edilib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında şəhərin Qala adlanan ərazisində törədilib.

Şəhər sakini 29 yaşlı Cahid Əliyevə məxsus "VAZ 2107" markalı avtomobilə girən şəxs və ya şəxslər oradan bir ədəd maqnitofonu, eləcə də sürücünün avtomobilinə və iş yerinə aid sənədləri oğurlayıb. C.Əliyevin sözlərinə görə, oğurluq onun avtomobili yolun kənarında saxlayaraq yaxınlıqdakı çayxanaya getdiyi zaman qeydə alınıb. Gəldikdə isə avtomaşının qapılarının açıq olduğunu görüb:

"Gəldik bura çayxanaya çay içməyə uşaqlarla. Çıxdıq çölə gördük maşının qapısı açıq qalıb. Dostuma dedim ki, mənim maşınıma giriblər. Açdım qapını gördüm maqnitofonu aparıblar. Baxdım arxaya gördüm səs gücləndiriciləri aparmaq istəyiblər, aça bilməyiblər. Sonra gördüm sənədlər də yoxdur".

Faktla bağlı polisə məlumat verilib. Hazırda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv