Ağdamda zəncirvari qəza: 3 maşın toqquşdu

Ağdamda zəncirvari yol qəzası baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

 

Mehman Ərganova məxsus "Mercedes" markalı 90 OF 568 dövlət nömrə nişanlı maşın hərəkətdə olarkən Əliyev Elşada məxsus "VAZ-2107" markalı 02 BR 552 dövlət nömrə maşınla toqquşub. Zərbənin gücündən "Mercedes"in sürücüsü Mehman Ərganov idarəetməni itirərək, nəqliyyat vasitəsini yol kənarında dayanmış Məhərrəm Məhərrəmova məxsus "VAZ-2106" markalı 02 BO 763 markalı maşına çırpıb.

 

Hadisə zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma davam etdirilir.

 

 

Müəllif | Apa.Tv
Nigar Həsənli