Hafiz Hacıyev prezidentliyə namizəd oldu

Bu gün Müasir Müsavat Partiyası Siyasi Şurasının növbədənkənar iclası keçirilib.

 

APA TV-nin xəbərinə görə, iclasda çıxış edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, adını müxalifət qoyan, Soros Fondundan maliyyələşən bəzi qüvvələr ölkədə müəyyən problemlər yaratmağa cəhd edirlər.

 

Azərbaycanın müstəqil xarici siyasət kursu olduğunu vurğulayan Hafiz Hacıyev bildirib ki, vaxtilə onunla birgə hakimiyyətdə olan bugünkü radikal qüvvələr qarayaxma kampaniyası aparırlar: "Əli Kərimlinin, Cəmil Həsənlinin seçkilərdə iştirak etməməsi heç nəyi dəyişmir. Mən prezident seçkilərində iştirak etmək niyyətindəyəm".

 

Siyasi Şuranın iclasında Müasir Müsavat Partiyasının prezident seçkilərində iştirak etməsi və partiya sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərarlar qəbul edilib.

Müəllif | Apa.Tv
Almaz Qasımova