Britaniyalılar ABŞ-da qəzaya uğradı - HELİKOPTERDƏ
ABŞ-da göyərtəsində britaniyalıların olduğu turist helikopteri qəzaya uğrayıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, insident "Qrand Kanyon" turizm sahəsinin yaxınlığında baş verib.
İnsident yerli vaxtla 17.20-də qeydə alınıb. Məlumata görə, "Eurocopter" tipli birmühərrikli helikopterin göyərtəsində azı 7 nəfər olub.
Qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kritik olduğu bildirilir.