Boliviyada güclü partlayış: 21 ÖLÜ, 72 YARALI

Boliviyanın Oruro şəhərində karnaval zamanı qaz balonunun partlaması nəticəsində 21 nəfər ölüb, 72 nəfər xəsarət alıb. APA TV-nin "Reuters"ə istinadən verdiyi xəbərə görə, partlayışa səbəb küçədə fəaliyyət göstərən açıq kafedə qaz balonundan istifadə qaydalarının pozulması olub.

Faciə karnaval zamanı izdihamın hərəkət etdiyi küçədə baş verib. Ölənlər arasında 3 üşağın olduğu bildirilir.

Boliviya prezidenti Evo Morales ölənlərin yaxınlarına başsağlığı verib.

Müəllif | Apa.Tv
Apa.tv