Moskvanın mərkəzində atışma: ERMƏNİ "QANUNI OĞRU" ÖLDÜRÜLDÜ

Moskvanın mərkəzində polislərlə "qanuni oğrular" arasında atışma baş verib. Hadisə nəticəsində iki polis yaralanıb, oğrulardan biri öldürülüb, 3-ü isə saxlanılıb. Hadisə Paytaxtın Kamsomolski küçəsində qeydə alınıb. Adı hələ açıqlanmayan biznesmeni soymaq niyyətində olan oğrular onun evinə basqın ediblər. Binada yaşayan sakinlər qonşu evdən qışqırıq səslərini eşidən kimi polisə zəng ediblər. Dərhal hadisə yerinə əməliyyat qrupu göndərilib. Atışma da bundan sonra baş verib.

 

APA TV-nin xəbərinə görə, evə soyğunçuluq məqsədi ilə girən dörd nəfər istəklərinə nail ola bilməyib. Polislərin gəldiyini görən dörd nəfər atəş açmağa başlayıb. Polislər isə cavab atəşi acmağa məcbur olub. Hadisə şahidlərinin bildirdiyinə görə, oğrular elə binanın girişində qarşılaşıblar. Atışmada polislər erməni vətəndaşı olan Livan Xalatyanı öldürüblər. Oğru dünyasında "Peço" ləqəbi ilə tanınan qanuni oğru Rezo Buxnikaşvili özü təslim olub.

 

Olay yerində istintaq qrupu çalışır. Saxlanılanların şəxsiyyət dəqiqləşdirilir.

Müəllif | Apa.Tv