Saakaşvili Kiyevə qayıtmaqda israrlıdır: "Legitim hüququm var"

Readmissiya yolu ilə Ukraynadan çıxarılaraq Polşaya göndərilən Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili həm Ukrayna, həm də Gürcüstana qayıtmaq niyyətində olduğunu bəyan edib.

APA TV-nin xəbərinə görə, bu barədə Mixail Saakaşvili  “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

“Mən Ukraynaya qayıdacağam, çünki mənim orada yaşamaq üçün legitim hüququm var. Mən həm də Gürcüstana qayıdacağam. Oliqarxik idarəçilik tezliklə başa çatacaq”, - deyə Saakaşvili telekanala bildirib.

Onun sözlərinə görə, hazırkı şəraitdə hər iki ölkəyə qayıdıb vəziyyəti dəyişmək gərəkdir, - deyə M.Saakaşvili qeyd edib.

Xatırladaq ki, fevralın 12-də Ukrayna Dövlət Sərhədi Mixail Saakaşvilini Ukraynadan Polşaya göndərib.

Müəllif | Apa.Tv
Apa.tv