ABŞ-ın Parkand şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfərin öldüyü təsdiqlənib.
APA TV-nin TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Brouder dairəsinin şerifi Skott İsrael bildirib. Onun sözlərinə görə, 12 nəfər məktəbdə, 3 nəfər məktəbin qarşısında güllələnərək öldürülüb, daha 2 nəfər isə xəstəxanada keçinib. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.
“Ölənlər arasında həm şagirdlər, həm də böyüklər var”, - deyə S.İsrael əlavə edib. Yaralıların sayını açıqlamayan polis nümayəndəsi bir neçə nəfərin xəstəxanada əməliyyata götürülməsini təsdiqləyib. Ölənlərin sayının artacağı istisna olunmur.
Məlumatda bildirilir ki, məktəbdə atəş açan şəxs 1999-cu il təvəllüdlü Nikolas Kruz adlı şagird olub. Bundan əvvəl o, daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib. Polis 19 yaşlı Kruzu artıq həbs edib.
Qeyd edək ki, Parkland şəhəri Mayamidən 60 km şimalda yerləşir.