ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə silahlı hücum edildi

ABŞ-ın Merilend ştatında, Milli Təhlükəsizlik Agentliyinin binası qarşısında atışma baş verib. APA TV-nin “Euronews”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.

Əraziyə Federal Təhqiqatlar Bürosunun (FBİ) əməkdaşları yollanıb. Hücum edənlərdən ikisi saxlanılaraq istintaqa təhvil verilib, biri isə xəstəxanadadır. Məlumata görə, FTB insidentin münaqişə zəminində baş verdiyini və terrorla əlaqəli olmadığını qeyd edib.

Milli Təhlükəsizlik Agentliyinin məlumatına əsasən, Agentliyin Fort Mid şəhərindəki (Merilend ştatı) ərazisinə icazəsiz olaraq avtomobil girməyə cəhd edib. Agentlik atışma ilə bağlı baş verənləri təsdiqləsə də, insidentin təfərrüatları barədə hələ ki açıqlama yaymayıb.

Müəllif | Apa.Tv
Apa.tv