Cənubi Afrika Respublikasının prezidenti istefa verməyə məcbur oldu

Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma istefa verib.

 

APA TV-nin məlumatına görə, bu  barədə C.Zuma televiziya ilə xalqa müraciətində bildirib.

 

"Heç bir ittihamla razı deyiləm. Lakin nizam-intizamlı üzv kimi partiyanın qərarına tabe oluram" - deyə, C.Zuma bildirib.

 

CAR-da dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Siril Ramafos icra edəcək.

 

Qeyd edək ki, fevralın 12-də Cənubi Afrika Respublikasının hakim Milli Konqres Partiyası ölkə prezidenti Ceykob Zumaya postunu tərk etmək üçün 48 saat vaxt vermişdi. Müxalifət 2014-cü ildən etibarən C.Zumanı dövlət büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə günahlandırır.

 

Müəllif | Apa.Tv
Nigar Həsənli